<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>129</hymn_number>
<lyrics>[V1]
 Doğuldun yem təknəsində,qaranlıq bir axurda,
 Ancaq Özün bir Nur oldun bu qaranlıq dünyaya.

[C1]
   Ucal İsa, yüksəl İsa, Öz Adınla,
   Yol göstərdin gəlişinlə Sən bizlərə.

[V2]
 Möcüzəli doğuluşunla Sən Göylərdən yer üzünə
 Sülh və razılıq gətirdin, insanlara Müjdə verdin.

[C2]
   Qaranlıqlardan bizi nura çəkdin,
   Xilas edib həyat verdin, İsa, Sən.

[V3]
 Bəşərin xilası üçün yoxdur göy altında
 Sənin Adından başqa ad, alqış olsun Adına!

[C3]
   Ucal, Rəbbim, yüksəl, İsam, Sən Öz Adınla,
   Qoy öyünsün Səninlə xalqın hər an.</lyrics>
<title>Doğuldun yem təknəsində İL129</title>
</song>